Menu

"Manatın məzənnəsi 1,80 səviyyəsinə qədər enəcək" - Beynəlxalq agentlik proqnoz verdi

14.11.2023, 12:58
"Manatın məzənnəsi 1,80 səviyyəsinə qədər enəcək" - Beynəlxalq agentlik proqnoz verdi

"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb.

"APA-Economics"in şirkətə istinadən məlumatına görə, FS 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. 

Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq.

Qeyd edək ki, bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol