Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT-yə üzv ölkələrin dövlət başçılarının növbəti iclasına qatılmayacağını bildirib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kreml Paşinyanın bu addımından narazılığını gizlətməyib. Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Paşinyanın bu qərarı təəssüf doğurur: “Əgər həqiqətən də belədirsə, onda təəssüf hissini ifadə edə bilərik, başa düşürük ki, hər bir hökumət başçısı və ya dövlət başçısının iş qrafikində öz tədbirləri ola bilər. Ancaq yalnız təəssüf hissini ifadə etmək olar, çünki belə görüşlər fikir mübadiləsi etmək üçün çox yaxşı fürsətdir”.
Peskov əlavə edib ki, bütün bunlara baxmayaraq, KTMT öz aktuallığını saxlayır və təşkilata üzv dövlət rəhbərlərinin mütəmadi görüşləri bunu təsdiqləyir.
“AzPoilitika.info”


Şərhlər
Paşinyanın mövqeyi çox doğrudur.Rusun arxasına silgi olmaqdansa,belə yaşamaq həm ermənilərə,həm də qonşuluqdakı ölkələrə yaxşı olacaq.Halal olsun,Paşik!