Menu

Putin məşhur jurnalistin qatilini əfv edib – Müharibəyə gedib, sağ qalıb...

14.11.2023, 15:52
Putin məşhur jurnalistin qatilini əfv edib – Müharibəyə gedib, sağ qalıb...

Rusiyanın tanınmış jurnalisti və ictimai xadimi, yazıçı Anna Politkovskayanın qatili Sergey Hacıqurbanov həbsdən azad edilib.

“AzPolitika.info” xəbər verir ki, o Ukrayna müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb, sağ qalıb və daha sonra əfv edilib. Jurnalist qatilinin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq hərbi sistemdə çalışdığı bilirilsə də, hansı vəzifə tutması barədə məlumat yoxdur.

Anna Politkovskaya müxalif “Novaya qazeta” qəzetinin əməkdaşı olaraq Rusiya hakimiyyətini, Prezident V.Putinin və Çeçenistanın rəhbəri R.Kadırovun sərt tənqidçilərindən biri idi. Çeçenistanda baş verən qətllər, insan haqlarının pozuntunları barədə araşdırmaları ilə tanınıb. 2006-cı ildə Moskvada evinin blokunda qətlə yetirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol