Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.
2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Şərhlər
Yaşayış minimumu və meyarın həddinin 270 manat təyin edilmə strukturunu kim aşıqlayacaq.Axı bu məbləğlə insan-bir nəfər bir ayda hecə bölüşdürə bilər?Kounal xərclərin artımı,ərzaq qiymətlərinin hər gün bahalaşması,tibbi ehtiyacların ödənilməsi,qida rasionu,geyim və təsadüfi xərclər(nəzərdə tutulmayan ),hansı notmal hdlərlə nəzərdə tutulub?Bu formal rəqəmin ortaya çıxarılmasının məna və məqsədi olduqca qaranlıqsır.(270 manat).Niyə deputatlar susur?