Menu

“USS Eisenhower” aviadaşıyıcı gəmisi Oman körfəzinə gəlib

14.11.2023, 19:56
“USS Eisenhower” aviadaşıyıcı gəmisi Oman körfəzinə gəlib

ABŞ-ın nüvə silahına malik “USS Eisenhower” aviadaşıyıcı gəmisi Oman körfəzinə gəlib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.

Aviadaşıyıcı gəmi noyabrın 4-də Süveyş kanalından keçərək Qırmızı dənizə çatıb. Oktyabrın ortalarında o, İsrail-Fələstin münaqişəsi fonunda “Gerald Ford” aviadaşıyıcına əlavə qüvvə olaraq Aralıq dənizinin şərqinə göndərilib.

Noyabrın 5-də, həmçinin 1,6 min km mənzilli 154 ədəd “Tomahawk” tipli qanadlı raketi daşıya bilən “Ohio” sinfinə aid “USS Florida” atom sualtı gəmisi də Süveyş kanalından keçərək Hind okeanına gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol