Menu

Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi

15.11.2023, 11:34
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi

“Karmen” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

Qeyd edək ki, şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.b.

Şərhlər

Azər 2023-11-15 13:41:29

Məgər qanunla deputat bizneslə məşğul ola bilər?Axı bu qanun pozan biznesmen cəzalanmalı oduğu halda deputat statusu buna imkan vermədiyini unutmuşuq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol