Menu

Çin liderinin ABŞ-yə səfəri başlayıb - Cozef Baydenlə görüşəcək

15.11.2023, 10:55
Çin liderinin ABŞ-yə səfəri başlayıb - Cozef Baydenlə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin görüşmək üçün San-Fransiskodadır.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” məlumat yayıb.

Bildirilib ki, bu, 2017-ci ildən sonra Si Cinpinin ABŞ-yə ilk səfəridir. O həmin il eks-prezident Donald Trampla görüşmüşdü.

Cozef Baydenlə Si Cinpinin görüşü Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol