Menu

Pentaqonun gizli saxladığı sənədlər mediaya sızdı - ABŞ İsrailə hansı silahları verib?

15.11.2023, 12:19
Pentaqonun gizli saxladığı sənədlər mediaya sızdı - ABŞ İsrailə hansı silahları verib?

Vaşinqton rəhbərliyinin İsrailə verdiyi silahların siyahısı mediaya sızıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan bir məqalədə ABŞ-ın HƏMAS-la mübarizədə İsrailə göndərdiyi silahların növləri paylaşılıb.

ABŞ nəşri yazıb ki, Pentaqon İsrailə lazerlə idarə olunan raketlər, eləcə də 155 mm-lik güllələr, gecəgörmə cihazları və döyüş sursatları göndərib. Sözügedən silahların ABŞ və Avropadakı ehtiyatlar hesabına İsrailə çatdırıldığı bildirilir.

"Bloomberg" xəbər verir ki, Pentaqonun sözçüsü konkret detalları müzakirə etməkdən imtina edib, lakin departamentin bəyanatında deyilir ki, İsrail özünü müdafiə etmək üçün yerli ehtiyatlardan tutmuş ABŞ sənaye kanallarına qədər müxtəlif vasitələrdən istifadə edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol