Menu

Trampın seçkilərdə iştirak etməyə yolu açılır – Daha bir məhkəmə müsbət qərar verdi

15.11.2023, 12:22
Trampın seçkilərdə iştirak etməyə yolu açılır – Daha bir məhkəmə müsbət qərar verdi

Miçiqan məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Ağ Evə hücumda oynadığı rola baxmayaraq, onun prezidentliyə namizədliyini qadağan etməyib.

Məhkəmənin qərarına əsasən, Trampın adı ilkin seçkilərdə səsvermə bülletenində qalacaq. Praymerizlərin qalibi olarsa, 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olacaq.

Əvvəllər Minnesota məhkəməsi oxşar qərar qəbul etmişdi. Eyni qərarın noyabrın 17-də Kolorado məhkəməsi tərəfindən də veriləcəyi gözlənilir. Qeyd edək ki, Trampın diskvalifikasiyası ilə bağlı işlərə ABŞ Konstitusiyasında dövlətə qarşı üsyan və ya qiyama cəhdinə görə dövlət vəzifəsi tutmağı qadağan edən 14-cü düzəliş çərçivəsində baxılır.

İddiaçılar Trampı 2021-ci ilin yanvarında vətəndaşları Ağ Evə hücuma “təhrik etməkdə”, Konqresin 2020-ci il prezident seçkilərində Co Baydenin qələbəsini təsdiq etməsinə mane olmaqda ittiham edərək, onu seçkidən çəkindirməyə çalışırlar.

Miçiqan ştatının hakimi bildirib ki, hadisəyə tək hakimin qərar verməsindənsə, ona Konqresin baxması daha vacibdir.

Son sorğularına əsasən, Trampın Respublikaçılar Partiyasının praymerizlərində qalib gələcəyi ehtimal edilir. Bu halda o, Demokratlar Partiyasının ehtimal olunan namizədi Co Bayden və başqa bir neçə namizədlə ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol