“Bilirik ki, düşmən Krım yarımadasında güclü hərbi resurs mərkəzi yerləşdirib, xüsusən də orada "Kalibr" tipli raketlər cəmlənib, "Oniks" tipli raketlər də buradan buraxılır. Düşmən potensial toplayır – bu, göz qabağındadır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk yerli mətbuata açıqlamasında deyib.
Qumenyuk bildirib ki, Rusiya Krım yarımadasına 800-dən çox raket yerləşdirib. Bu raketlərdən əsas etibarilə qış mövsümündə Ukraynanın enerji infrastrukturunu və logistikasını hədəf almaq üçün istifadə ediləcək: “Söhbət ümumilikdə 800-dən çox raketin düşmən tərəfindən enerji terroru mərhələsi üçün istifadəyə hazır vəziyyətə gətirilməsindən gedir”.
“AzPolitika.info”


Şərhlər