Menu

Rusiyalıların Avropaya cəmi bir yolu qaldı – Finlandiya da Rusiya ilə quru sərhədini bağlayır

16.11.2023, 17:17
Rusiyalıların Avropaya cəmi bir yolu qaldı – Finlandiya da Rusiya ilə quru sərhədini bağlayır

Cümə günündən etibarən Finlandiyanın cənub-şərq sərhəd keçid məntəqələri bağlanacaq.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo bəyan edib.

Baş nazir bunu ölkənin təhlükəsizliyi və kütləvi qaçqın axını ilə izah edib. Beləliklə də Rusiya ilə sərhəddəki 4 keçid məntəqəsi cümə günü gecədən etibarən fəaliyyətini dayandıracaq. 

Xəbərdə qeyd olunur ki, bundan sonra “Şengen vizası” olan rusiyalılar üçün Avropaya cəmi bir quru yolu qalır, o da Murmansk vilayətindən Norveçə keçməklə.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol