Menu

Dövlət Miqrasiya Xidməti və MEDİA jurnalistlər üçün seminar keçirib - FOTOLAR

16.11.2023, 16:17
Dövlət Miqrasiya Xidməti və MEDİA jurnalistlər üçün seminar keçirib - FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda seminar keçirilib.

“AzPolitika.info” xəbər verir ki, DMX-nin inzibati binasında baş tutan tədbirdə müxtəlif media qurumlarında çalışan 20-dən artıq jurnalist iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Xidmət rəisi medianın miqrasiya fenomeninin daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Sonra xidmət rəisi “Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusunda ətraflı təqdimatla çıxış edib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov birgə seminarda Azərbaycanda miqrasiya idarəçiliyi, bu sahədə əsas konseptlər, qlobal miqrasiya trendləri, xidmətin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər, o cümlədən media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili ilə bağlı təqdim ediləcək çıxışların media təmsilçiləri üçün faydalı olacağını qeyd edib.

Daha sonra DMX-nin Beynəlxalq əməkdaşlıq idarəsinin şöbə rəisi Aygül Abbaszadə tərəfindən miqrasiya üzrə əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri mövzusunda təqdimat keçirilib.

Tədbirin növbəti mərhələsində Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili mövzusu üzrə öz bilik və bacarıqlarını jurnalistlərlə bolüşüb.

Qarşılqlı disskusiya formatında davam edən tədbirin son mərhələsində isə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin baş inspektoru Elvin Məmmədov DMX-nin maarifləndirmə alətləri , informasiya sorğularına dair tələblər mövzusunda təqdimatla çıxış edib.

Səmərəli müzakirələr mühitində davam edən seminarın sonunda xatirə şəkili çəkilib.

“AzPolitika.info”








Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol