Menu

Borrell HAMAS-ın hücum etdiyi İsrail şəhərinə gedib - FOTO

16.11.2023, 17:32
Borrell HAMAS-ın hücum etdiyi İsrail şəhərinə gedib - FOTO

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell HAMAS-ın oktyabrın 7-də hücum etdiyi İsrail şəhərinə gedib.

APA xəbər verir ki, bu barədə Borrell "X" hesabında bildirib.

"Oktyabrın 7-də HAMAS terrorçularının hücumuna məruz qalan Beeridəki dağıntıları bu gün gördüm. Qadınları, uşaqları, qocaları öldürməyə, evlərindən oğurlamağa heç nə haqq qazandıra bilməz. Girov götürülənlər dərhal və qeyd-şərtsiz azad edilməlidir", - Borrell bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol