Menu

Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçilib

16.11.2023, 22:45
Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçilib

Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol