Menu

"Lazım gələrsə, S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcəyik" - Yaşar Gülər

16.11.2023, 23:04
"Lazım gələrsə, S-400 hava hücumundan müdafiə sistemindən istifadə edəcəyik" - Yaşar Gülər

Türkiyə, lazım gələrsə, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırdır.

"Report"un "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Biz S-400-ləri alıb, onları uzaq küncə sıxışdıra bilmərik. Ehtiyac olanda "komplekslərdən istifadə et" düyməsini sıxacağıq", - nazir bildirib.

Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd S-400 hava hücumundan müdafiə sistemi alıb.

Şərhlər

a 2023-11-17 08:42:18

S400 kompleksləri bir işə yaramır. Çalışıb öz sistemlərinizi istehsal etməlisiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol