Menu

POLİS POLKOVNİKİ HƏBS OLUNUB - 1 milyon manatlıq dələduzluqda ittiham olunur

27.11.2014, 16:28
POLİS POLKOVNİKİ HƏBS OLUNUB - 1 milyon manatlıq dələduzluqda ittiham olunur

Bu gün Daxili İşlər Nazirliyinin polkovnik rütbəli zabiti İmaməddin Abbasov barəsində cinayət işi qaldırılıb. Bizimyol.info-ya daxil olan məlumata görə həmin şəxsin işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda qeyd olunur ki, polkovnik əvvəllər Daşkəsən, Oğuz rayonlarının polis rəisi, Salyanda isə rəis müavini vəzifələrində çalışıb. İ.Abbasov 2011-ci ildə nazir Ramil Usubovun əmri ilə Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb. Onun təxminən 1 milyon manatlıq dələduzluq və özgə əmlakını mənimsəmə cinayətlərində ittiham olunduğu bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol