“Qərbin Rusiya neftinin ixracına qarşı sanksiyalarına baxmayaraq, Rusiya bir neçə aydır ki, Ukraynadakı müharibəni maliyyələşdirmək üçün gəlirlərini artırır. Rusiyanın ötən aykı neft gəliri 13 milyard dollardan çox olub”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşri məlumat yayıb.
ABŞ nəşri Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadla yazır ki, bir neçə aydır Rusiyanın dövlət büdcəsinə pul axını artmaqdadır.
“Agentliyin hesablamalarından göründüyü kimi, Rusiya Federasiyasının neftdən əldə etdiyi ümumi gəlirlər aprel və oktyabr ayları arasında demək olar ki, iki dəfə artaraq ötən ay 13 milyard dollardan çox olub. Oktyabr ayı mənfəəti 2021-ci ildə istənilən ayın mənfəətini üstələyib”, - “Bloomberg” yazır.
Qeyd olunur ki, müharibə başlayandan bəri Rusiya qaz, neft və kömür ixracından 550 milyard avroya yaxın gəlir əldə edib. Ən böyük alıcı isə Avropa Birliyi olub. Bu müddət ərzində Aİ ölkələri Rusiyaya 180 milyard avro ödəyiblər.
“AzPolitika.info”


Şərhlər