Menu

ABŞ-ın yeni prezidenti nə Bayden, nə də Tramp ola bilər – Seçicilər üçüncü qüvvə axtarır

18.11.2023, 11:45
ABŞ-ın yeni prezidenti nə Bayden, nə də Tramp ola bilər – Seçicilər üçüncü qüvvə axtarır

Respublikaçı Donald Tramp və Demokrat Co Bayden arasında seçim etmək perspektivi bəzi amerikalı seçiciləri ruhdan salır. Üçüncü qüvvədən - daha gənc olan və partiya ideologiyalarının qarşıdurması üzərində kampaniya qurmayan namizədin meydana çıxacağına ümidlər artır.

“Reuters” agentliyi yeni gənc siyasətçilər üçün artan imkanlara diqqət çəkir. Media Tramp və Baydenin nəzərəçarpacaq dərəcədə aşağı populyarlığını qeyd edir. Seçicilər iqtisadi vəziyyətdən, millətin partiya xətti üzrə kəskin bölünməsindən və Vaşinqtonun İsrailin Qəzza zolağında hərbi əməliyyatını dəstəkləməsinə cəmiyyətin qarışıq reaksiyasından narazıdır. ABŞ siyasi liderlərinin yeni nəslinə olan tələb getdikcə aydınlaşır.

ABŞ-da yetkin insanların təxminən 63 faizi Respublikaçı və Demokratik partiyaların amerikalıların maraqlarının qorunmasında fəaliyyətini “çox qeyri-qənaətbəxş” kimi qiymətləndirir. “Gallup”un son sorğusuna görə, "üçüncü partiyanın namizədi"nə ictimai tələbat artır. Ötən illə müqayisədə belə vətəndaşların sayı 7 faiz çoxdur.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Bu, ölkə tarixində 60-cı prezident seçkiləri olacaq.

15 noyabr 2022-ci ildə ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan edib. 25 aprel 2023-cü ildə hazırkı prezident Co Bayden namizədliyini açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Senan 2023-11-19 11:22:19

Amerikalılar ūçūncū qūvvəni iranda tapa bilərlər iranda molla o qər çoxdur ki birini aparıb qoysunlar amerikaya mūdūr.amma mollanı aparanda başına torba keçirsinlər ki getdiyi yolu görə bilməsin irağ olsun sonra qalan mollaları aparacaqlaq ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol