Azərbaycan Yazıçılar Birliyi tərəfindən (AYB) adları hələ ki, açıqlanmayan 21 nəfərə mənzil verilməsi ilə bağlı qalmaqal yaranıb. Qurumun bəzi üzvləri sosial şəbəkələrdə buna etiraz ediblər.

Onlardan şair, yazıçı Zahid Sarıtorpaq bildirib ki, onun kimilərini həmişə görməzdən gəliblər: “İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə M.Qorki adına ədəbiyyat institutunu bitirənlərə Heydər Əliyevin tapşırığıyla mənzillər veriləndə, yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim. 35 ildir AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, "itiriblər". 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə... Övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-a üzv seçilən, Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə mənzil pulu verdilər. 9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər, yenə mən yada düşmədim. 66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB –də də gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Hələ üzə çıxarmadıqlarım da var. Təvazökarlıqdan uzaq olsa da, romanlarımla bağlı elmi araşdırma aparılır. Üzünü belə görmədiyim, yazılarıma dəyər verən insanlar var ki, mətnlərimlə bağli doktorantlıq işi yazırlar... Onlarla xarici müəlliflərin əsərlərini dilimizə çevirmişəm. Yəni, doğrudan da bunlardan AYB rəhbərliyinin xəbəri yoxdur? Nəyə görə haqqa göz yumurlar? Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun?
Amerikanın ilk prezidentlərindən olan Avraam Linkolnun çox gözəl bir fikri var. O, deyib ki, "bir adamı həmişə aldatmaq olar. Bir qrup adamı müəyyən vaxta qədər aldatmaq olar. Amma bütöv bir xalqı aldatmaq mümkün deyil..."

Şair Cəlil Cavanşir də AYB-ni tənqid edərək qurumun ünvanına “ayıb olsun” yazıb: “Azərbaycan Yazıçılar Birliyi 21 nəfər yazıçıya ev paylayıb. Yəqin hamısı evsiz gənclər, ya da Bukerin uzun siyahısına düşənlərdir.
Bilinmədi də, bu AYB yaradıcı təşkilatdır, yoxsa sosial təminat idarəsi?!
Əminəm ki, 21 nəfərdən 11-nin evi, 10 nəfərin isə hətta bağ evi də var”.

Şair, AYB-nin orqanı olan "Ulduz" jurnalının əməkdaşı Taleh Mansur isə bildirib ki, Azərbaycan Yazıçılar Birliyində çalışanlar arasında yeganə kirayədə yaşayan özüdür: “Həm də iki körpə uşaqla, şəraitsiz və qəbir kimi balaca bir evdə. Sağ olsunlar, bu gün "ədalətli seçim əsasında" 21 nəfərə mənzil verildi. Uzun sözün qısası, gedim kirayə haqqımı ödəyim... Mənliyiniz, kişiliyiniz, vicdanınız olsun, heç olmasa, Allahınız!”

Tərcüməçi Sevil Gültən isə bildirib ki, o evləri alan dostların bu xəbəri paylaşmaması çox maraqlıdır: “Başqa vaxtlar səhər, günorta yedikləri yemək haqda status yazanlar, nə əcəb bu şad xəbəri paylaşmayıblar? Cavabını özüm deyirəm: onların o evə haqqı yoxdur, çünki hamısının evi var. Ev problemim haqda bir neçə dəfə yazmışam. Bu ilin avqust ayında kirayədə qalmağımızın 20 ili tamam oldu. 20 ildir ki, iki yetim qız saxlayıram kirayə evlərdə... Mən dövlətdən ev istəmərəm, amma haqqı olmayanlara ev verildiyini görəndə haqqımı tələb edirəm. Bu gün ev alanların kimliyi ilə maraqlandım. Onların hamısının evi var. Şərt evi olub-olmamaq deyil. Dövlətdən ev alanın ədəbiyyatda öz yeri, öz imzası olmalıdır. Ev alanlar içində iki qadının adının eşidəndə şok oldum. Birinin iki oğlu, hər iki oğlunun əməlli-başlı evi var. Özü isə AYB üzvü olan minlərlə şairlərdən heç nə ilə fərqlənmir. Digər qadının ərinin biznesi var. Bir evlərini də kirayə veriblər. Xanəmirə də ev verildiyini dedilər. Xanəmirin yazdıqlarını heç özü başa düşmür, nəinki oxucular... O ki qaldı onun evi olub-olmamağına, evi olduğuna tam əminəm. Elə isə ev verilərkən hansı meyar əsas götürülür? Yaltaqlıq? Anarı mədh etmək?...
Statusumu qarğışla bitirəcəm. Evi ola-ola dövlətdən verilən evin orderini qəbul edənləri heç Yeni ilə çıxmasınlar. Evi olanlara ev verənlər! Allah sizə xoş gün göstərməsin! Villanız olsun, o villada qan qusasınız!”
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Anarın əslən haradan olduğunu,Ata babasının haradan Bakıda peyda olduğunu,ailə tərkiblərinin kökünü bilən varmı?Onlar Azərbaycana nə zaman və haradan gəliblər?Kökləri Hindistana çəkmirmi?...
Gör AYB nə hala salınıb ki,Seyidcahan da buraya üzv qəbul olunub.AYB-mi AQB adlandırnaq daha doğru olar.Son 40 ildə oxucuların sevdiyi.axtardığı,əldən ələ gzən bir yeni şeir.roman,,kitab görən olubmu?İndiyə qədər iki müharibədən bəhs edən samballı bir əsər ortada varmı?Tək-tək cılız,məzmunu yaltaqlıq olmayan əsərə rasy gələn varmı? Azərbaycan dilini sərbəst danışa bilməyən,Azərbaycan dilində bir yazısı olmayan necə AYB sədrinin müavini təyin edilir?Bu gülünc deyil?
Bəs hökumət hara baxır?Faydasız quruma xalqın vəsaiti ilə tikilən evlərin havayı verilməsinin adı nədir? Bəs bunlar özləri uyqnmırlar?
Hər kitab yazana yazıçı deyilməz,əsərləri əl-əl gəzən,ədəbi mühitə möhür vuran adama yazıçı deyilər.İttifaqın üzvü olub-olmamağından asılı olmayaraq.İttifaqın üzvü olmaq üçün iki kitab müəllifi olmaq kifayətdir,üstündə də bir ərizə,vəssalam,yarım il içində üzv olursan.Amma yazıçı olmaq üçün İttifaqa üzv olmağa ehtiyac yoxdu.Yazıçı tanıyıram ki,heç İttifaq tərəfə dönüb baxmaz ki,oralar mənlik deyil,mənim işim yazmaqdı,rəsmi dairələrdə də adı çəkilməz partiyaçı-filan olmadığı üçün,cismən hamı tərəfindən unudulub,nə sosial yardım,nə təqaüd,nə ev-eşik verilib,amma hər kəs oxuyar onu.Axundov İttifaqın üzvü idimi?Xeyr.Amma Azərbaycan drammaturgiyasının banisidir.Sabir İttifaqın üzvü idimi?Xeyr.Amma Azərbaycan satirik qəzəlinin atasıdır.Bolşeviklər gələndə Bulqakov Rusiyanı tərk etmişdi,dissident yazıçılardanıydı,sovet vaxtı 70 il adını çəkmək yasaq idi,amma əsərlərini dünya oxuyurdu,perestroyka vaxtı əsərləri sovetə də ayaq açdı,kitabları əl-əl gəzdi,”Master və Marqarita”nı,”İt ürəyi”ni ekranlaşdırdılar hətta.Amma İttifaqın üzvü idimi?Xeyr.Baxın şəkildəkilərə,vahid sovet qəlibindən çıxıblar deyə hamısı necə də firavandı,üzləri işım-işım işıldayır,bunlara baxan deyər vallah bu millət kefdə-damaqdadı ki qocaman yazıçılarının üzü Dostoyevskinin üzündən fərqli olaraq qəm-kədər buludu deyil.Tolstoy qraf idi,çara ən yaxın əyanlardan idi,amma üzündəki ifadəyə baxın,sanki zəmanəsinin bütün ağrı-acılarının güzgüsüdü.Bir də dönün bunların üzünə baxın.”Cinayət və cəza” kimi dünyaya səs salmış əsər müəllifi olsalar eyb etməz işıldamaqları.Amma nə yazmısınız,hansı gününüzə fərəhlənirsiniz?
Bir uşaq yay tətilində kəndə gedibmiş,nənəsinin-babasının yanına.Qayıdanda vicdanı narahat edir onu,axırı məktub yazır.Deyir ki,”Əziz babam,nənəm.Tətildə hər şey yaxşı oldu.Amma bir etiraf etmək istəyirəm.Bir gecə qarnım bərk ağrıdı,özümü tualetə çatdırammadım,Mətbəxdəki bankalardan birinə içimi boşaltdım,qapağını da bərk-bərk bağlayıb mürəbbə bankalarının yanına qoydum.Əgər yemisinizsə lütfən məni bağışlayın”.Baba məktubu oxuyub nənənin üzünə tərs-tərs baxır,deyir “Ay arvad,yeyəndə mən sənə demədimmi o mürəbbədən p-x iyi gəlir,sənsə dedin yox a kişi,qapağı əlbət bərk örtülməyib,ona görə xarrıyıb”.Odur ki bizim bu Yazıçılar İttifaqı deyəsən həmin o bankadı,sovet vaxtında sovet yazıçıları içinə nə ediblərsə xarrıyıb.Qapağın nə dəxli var?
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fələliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi
Bir ölkə göstərinki orda yazıcılara ev verirlər. Gedin işləyin ev alın . Hamı necə sizdə elə. Bəsdirin dövlətin boynuna mindiniz.
Haqsız idarəetməsi olan ölkənin dələduz yazıçılar birliyi olar.Əlil və şəhid ailələrinə ev paylayanlar da AYB kimi hərəkət edirlər.Məmməd Araz demişkən,"Hara baxırsan,ağasppaqdı qar.Yaxına gəlirsən,qurd düşüb qara."
Bəs bu fotoda Seyidcahan niyə görünmür?O heyət üzvü deyil?Bir də ki,Yazıçılar ittifaqında 21 mənzil üçün vəsait haradan yaranıb? Axı mənzil pulla tikilir?Bu qədər vəsait AYB-nə haradandır?Bir də adi Azərbaycan vətəndaşı bu səviyyəsiz ,oxunmayan,kitabları rəflərdə qalan özünü yazıçı,şair qoyanlardan niyə fərqləndirilməlidirlər?Qoy onlar satılan kitablardan,aldığı qonorardan toplayıb özləri mənzil qeydinə qalsınlar.bu fərqləndirmənin mənası varmı?
Araşdırılmalıdır.