Menu

NƏ TRAMP, NƏ BAYDEN... - Amerikalılar “üçüncü qüvvə” və yeni Prezident istəyirlər

18.11.2023, 20:41
NƏ TRAMP, NƏ BAYDEN... - Amerikalılar “üçüncü qüvvə” və yeni Prezident istəyirlər

ABŞ-də keçirilən son rəy sorğuları amerikalıların həm Co Baydendən, həm də Donald Trampdan bezdiklərini göstərir. 

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, məşhur “Gallup” İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ-da seçicilərin 63 faizi Respublikaçı və Demokrat partiyaların amerikalıların maraqlarının qorunmasındakı fəaliyyətini “olduqca qeyri-qənaətbəxş” hesab edirlər.

Sorğuya görə hər 3 amerikalıdan 2-si ölkədə “üçüncü qüvvə”nin və yeni Prezidentin meydana çıxamasını istəyir. Ona görə də “üçüncü qüvvə” tələb edənlərin sayı ciddi şəkildə artıb. Sorğunun nəticəsinə görə, bu göstərici ötən illə müqayisədə 7 faiz artaraq, 2003-cü ildən bu yana ən yüksək həddə çatıb.

İnsanlar ümumiyyətlə, ABŞ cəmiyyətinin respublikaçılar və demokratlar olmaqla iki hissəyə bölünməsinə, siyasi meydanın onların inhisarında qalmasına və bu partiyalar arasındakı qarşıdurmanın bütövlükdə cəmiyyəti parçalamasına qarşıdır.

“Reuters”-in yazdığına görə, həm sorğunun nəticələri, həm də ABŞ KİV-lərindəki mənzərə göstərir ki, seçicilər arasında istər Baydenin, istərsə də Trampın reytinqi olduqca aşağıdır və insanlar ölkəyə hər iki partiyadan kənar, daha gənc və enerjili liderin rəhbərlik etməsində maraqlıdırlar. Qeyd olunur ki, seçicilər iqtisadi vəziyyətdən narazıdır. Həmçinin, onların hər iki partiyanın, eləcə də dövlət olaraq ABŞ-nin İsrail və Yaxın Şərq siyasətinə münasibəti birmənalı deyil.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri gələn il noyabrın 5-də keçiriləcək və belə görünür ki, əsas prezidentliyə namizədlər yenə Co Baydenlə Donald Tramp olacaq.

“AzPolitika.info” 

Şərhlər

B.Qarabağlı 2023-11-19 12:07:21

İqtisadi-hərbi Güc və hüquqən *sivil* sayılan qərb dünyasının seçiciləri çoxdan liderlərinin onların ehtiyacından çox, (qadağan daşnaq kimi) hansısa saqın-mafioz-lobbilərə qulluq etdiklərini aşkar görürlər!? Potensial zəkalı namizədlər isə dövləti həmin kənar ünsürlərdən uzaq ədalətlə idarəyə zəmanət olmadığından liderlik haqda heç düşünmürlər də?

Əlizamin Yazarlı 2023-11-19 11:57:09

Ay *AzPolit* MODERATORU, niyə, sakit BakuPost, Qolos Ermeniya qədər dayanıqlı imkan vermirsiniz ki, rəy və şərhlər verilsin?

Senan 2023-11-18 17:56:09

Stariki razboyniki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol