Menu

“İrəvan və Bakı çox vaxt bir-birini başa düşmür” – Paşinyan

19.11.2023, 00:01
“İrəvan və Bakı çox vaxt bir-birini başa düşmür” – Paşinyan

“İrəvan Bakıya təklif edir ki, hər iki tərəf Sovet İttifaqı dövründə müəyyən olunmuş sərhədlərin hər iki tərəfində hərbi birləşmə yerləşdirilməsi, həmçinin anklav məsələlərini həll etsin”.

“AzPolitika.info” xəbər verir ki, bunu noyabrın 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İrəvanda keçirilən iclasında Baş nazir Nikol Paşinyan deyib.

O qeyd edib ki, İrəvan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır və “biz çox vaxt bir-birimizi başa düşmürük”.

Baş nazir obyektiv amillərin olduğunu deyib: “Əlbəttə ki, tarixi kontekstlə uzunmüddətli münaqişə atmosferi, qohumlarının gözünün içinə baxmaq çox çətin olan qurbanlar, ailə üzvlərinə veriləsi cavab olmayan onlarla məhbus, onilliklər boyu hökm sürən nifrət və konstruktiv ritorika altında gizlədilən şübhlər var. Üstəlik, mənim bu və ya başqa vaxt dediklərim həm Ermənistana, həm də Azərbaycana aiddir”.

Paşinyan iddia edib ki, Azərbaycanın artıq razılaşdırılmış üç prinsipə heç vaxt açıq şəkildə istinad etməməsi və ya bu prinsiplərə sadiqliyini göstərməməsi inamsızlıq mühitini daha da gücləndirir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol