Menu

“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib

18.11.2023, 23:13
“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib.

“Report”un məlumatına görə, bakılılar Rusiyanın “Zenit” klubu ilə qarşılaşıblar.

“Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol