Menu

AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

19.11.2023, 09:09
AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un "Etopaz"ın dəstəyi ilə Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan

Baş hakim: Gerqo Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”

Şərhlər

dadaşyev 2023-11-19 21:32:10


Məncə bu oyuna getməsələr yaxşı olar.O gün üçün həkimdən bülleten alsın hamısı,desinlər xəstəyik,gələmmirik,vəssalam.Çünki azı 10 qol yeyəcəyik.17-0,məsəla.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol