Menu

Qəbələdə zəncirvari qəza olub, xəsarət alanlar var

19.11.2023, 22:25
Qəbələdə zəncirvari qəza olub, xəsarət alanlar var

Qəbələ rayonunun Nohırqışlaq kəndində bir-neçə nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "Mercedes", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir-neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Əraziyə Təcili Tibbi Yardım maşını və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol