Menu

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər - FOTO

19.11.2023, 22:47
Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər - FOTO

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Şərhlər

Xalq 2023-11-20 09:24:04

Silah yığımı o zaman Qarabağda aparıldı,insanlar ermənilərə qarşı tam əlı yalın qaldılar.İnsiki rayonlardakl yığımın səbəbi nədir? Nəyin anonsudur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol