Menu

Rusiya müğənni Camalanı axtarışa verdi

20.11.2023, 11:58
Rusiya müğənni Camalanı axtarışa verdi

Krım tatarı olan ukraynalı müğənni Camala Rusiyada axtarışa verilib. 

“AzPolitika.info” bu barədə TASS-a istinadla xəbər verir. 

Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasından məlum olduğu kimi, Camala (əsl adı Susana Camaladinovadır) cinayət maddəsi ilə axtarışdadır. Camalanın hansı cinayətdə ittiham olunduğu açıqlanmır. 

Camala 2016-cı ildə «Eurovision» mahnı müsabiqəsinin qalibi olub və aktiv Ukraynayönlü mövqeyə malikdir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol