Menu

Azərbaycan xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları icra edib - VİDEO

20.11.2023, 13:24
Azərbaycan xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları icra edib - VİDEO

Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.

Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol