Menu

Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq

20.11.2023, 16:24
Vladimir Putin G20 sammitinə videomüraciət ünvanlayacaq

Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin noyabrın 22-də keçiriləcək sammitinə videomüraciət ünvanlayacaq.

“Report” xəbər verir ki, bu barədə "Rossiya" telekanalının aparıcısı Pavel Zarubin bildirib.

O qeyd edib ki, bu, V. Putinin uzun müddətdən sonra ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunakla eyni tədbirdə ilk iştirakı olacaq.

Rusiya liderinin dünyadakı qeyri-sabitlik barədə danışacağı gözlənilmir.

Sammitə Hindistan ev sahibliyi edəcək.

Qeyd edək ki, G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol