Menu

Qeyri-sabit hava şəraiti davam edəcək

21.11.2023, 09:52
Qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, noyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol