Menu

ABŞ “Buça qəssabları”na sanksiya tətbiq etdi

21.11.2023, 13:11
ABŞ “Buça qəssabları”na sanksiya tətbiq etdi

ABŞ Ukraynanın Buça və Andreevka şəhərlərində dinc sakinləri öldürməkdə ittiham olunan iki rus hərbçisinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada bildirilir ki, Dövlət Departamentinin siyahısına “Buça qəssabı” kimi tanınan Rusiya ordusunun polkovniki Azatbek Omurbekov və hərbçi Danil Frolkin daxil edilib. Omurbekov, Frolkin və onların ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib.

2022-ci ilin avqustunda Danil Frolkin jurnalistlərə Andreevka kəndində bir mülki vətəndaşı qarət edərək öldürdüyünü etiraf edib. O, həmçinin silahsız ukraynalıların edam edilməsinə əmr verən komandirlərin adlarını da açıqlayıb. Bildirilib ki, həmin komandir polkovnik-leytenant Azatbek Omurbekov 64-cü xüsusi motoatıcı briqadada xidmət edib. Daha sonra Frolkinin bir neçə həmkarı jurnalistlərlə söhbətində bildirdilər ki, Omurbekov Kiyev vilayətində mülki əhalinin öldürülməsi əmrini verib.

64-cü motoatıcı briqadanın hərbi qulluqçuları martın ortalarında Kiyev vilayətində yerləşən Buça şəhərinə gəliblər. 18 gün ərzində briqadanın nəzarətində olan şəhərdə əsgərlərin düşərgə qurduğu altı evin bütün sakinləri də daxil olmaqla 12 nəfər öldürülüb.

Ukraynanın Andreevka kəndinin sakinləri hərbi briqadanı soyğunçuluq, qarət və dinc sakinləri qətlə yetirməkdə ittiham ediblər. Jurnalistlər bu cinayətlərdə iştirak edən ən azı dörd briqada əsgərinin kimliyini dəqiqləşdirə bilib.

2022-ci il aprelin 18-də Vladimir Putin briqadaya “şəxs heyətin göstərdiyi kütləvi qəhrəmanlıq, mətanət və cəsarətə görə” Qvardiya fəxri adını verib.

Rus qoşunları Buça şəhərini bir aydan çox işğalda saxlayıb. Martın sonlarında ordu sürətlə geri çəkildikdən sonra yerli hakimiyyət orqanları və jurnalistlər 419-u güllələnmiş və ya işgəncələrdən ölmüş 458 mülki şəxsin cəsədini aşkar ediblər. Rusiya dinc əhalinin qətlində hər hansı əli olduğunu inkar edir və insidenti “təxribat və səhnələşdirilmiş hərəkət” adlandırır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-11-21 23:38:43

Vallah yazmırsan olmur,burda yüzlərlə Qəzzada minlərlə bəlkə onlarada bucür yanaşsın ABŞ dövləti üstəlik buna əsasda var,hər iki dövlət işğalçılıqla məşğuldur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol