“Ermənistan 9 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək. Noyabrın 9-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan ikinci dəfə bu səhvə yol verməyəcək”.
"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Armen Xaçatryan “Hraparak”a müsahibəsində deyib.
Deputat qeyd edib ki, Naxçıvana açılacaq yolda Rusiya hərbçiləri ola bilməz.
"Bu günlərdə Rusiya Federasiyasından belə bir təklif gəlib ki, "Əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, bu yola nəzarəti Rusiya Federasiyası həyata keçirməlidir". Bu heç bir şəkildə ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Bu yolun təhlükəsizliyi xüsusi təyinatlı qüvvələrimiz tərəfindən təmin ediləcək”,-deyə deputat bildirib.
"AzPolitika.info"


Şərhlər