Menu

"7-8 uşağı olana qəhrəman ana statusu verilsə yaxşı olar" - Siyavuş Novruzov

21.11.2023, 15:51
"7-8 uşağı olana qəhrəman ana statusu verilsə yaxşı olar" - Siyavuş Novruzov

Bu gün həm deputatları, həm cəmiyyəti narahat edən məsələlərdən biri pensiya yaşıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bir hissə pensiya yaşının aşağı olmasından, bir hissə isə yuxarı olmasından şikayətlənir: “Dövlət büdcəsində çalışanlar pensiya yaşının yuxarı olmasını istəyir. Onlar hesab edir ki, insan bu yaşda daha çox təcrübə qazanır. İkincisi isə pensiya yaşının az olmasını istəyənlərdir. İnsanlar heç bir yerdə işləmir, pensiya yaşının gəlməsini gözləyir. Nazirlik tərəfindən bununla bağlı statistika verilməlidir ki, neçə faiz hansı təbəqəni əhatə edir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-ə qədər sahə var ki, onlar daha az yaşda pensiyaya çıxırlar. Yaş kateqoriyaları bunlara tətbiq edilir. Ona görə də bu məsələ mərhələli şəkildə həllini tapmalıdır”.

Deputat uşaqlarla bağlı təminatlara da münasibət bildirib:

“Ailəyə 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil. 2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar. Üçüncü məsələ bizdə 10 uşaq olana qəhrəman ana statusu verilirdi. Hesab edirəm artıq 7-8 uşağı olana qəhrəman ana statusu verilsə yaxşı olar. Digər məsələ sosial müavinətlərin verilməsi ilə bağlıdır. Millət vəkillərinə onların rayonlarından kimə sosial müavinət verilir, onun siyahısı verilsə, daha yaxşı olar. Çünki bizə kifayət qədər müraciətlər olur. Bu siyahı heç olmasa rayon üzrə verilsə, bu məsələlərin daha şəffaf olmasına şərait yaradar”.

Şərhlər

dadaşyev 2023-11-21 22:08:17

Camaat hələ də başa düşə bilmir ki,uşaq olmayan ölkələrdə uşaq pulunu niyə verirlər.Uşaq varsa uşaq pulu verilməlidir dəə,bu hər dövlətin borcudur,çünki bu günün uşaqları böyüyəndə həmin dövlətin davamçıları olacaq.Uşaq yoxdursa pul verirlər ki olsun?Onda hər halda uşaq olandan sonra ona görə verilmir ki uşaq olmasın?Belə deyilsə o zaman uşaqlar olandan sonra pul verilməlidir ki,uşaqlar sağ qalsın.Yoxsa məntiqsizlik yaranır;demək,uşaq olmayan ölkələrdə pul verirlər ki uşaq olsun,uşaq olandan sonra da pulu kəsirlər ki uşaq olmasın.Bu məntiqlə o zaman belə etməliyik;1-dən 6-ya qədər uşağı olan anaların hamısına qəhrəman ana statusu verək,yeddinci uşaq olan kimi o statusu alaq,deyək ki qəhrəman ana statusunu yeddi uşaq olmayan ölkələrdə verirlər.Necə ki uşaq doğulandan ona uşaq pulu verilmir,eləcə də yeddinci uşaq doğulanda qəhrəman ana statusuna son verilsin.

X 2023-11-21 16:10:04

Neyniyecek Qəhrəman ana statusuyla doyacaq yedizdirecek ev tikecek uşaq pulu alacaq. Lazım olani edin status sızın olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol