“Taliban” tərəfindən idarə olunan Əfqanıstan Səhiyyə İdarəsinin rəsmisi Abdul Bari Ömər Kölndə əfqan dərnəyinin təşkil etdiyi konfransda çıxış etmək üçün məscidə gəlib.
“Dawn” xəbər verir ki, Almaniya hökuməti “Taliban” rəsmisinin Kölndəki məscidə gəlişini tənqid edib və daxili işlər naziri Nensi Faser Almaniyada fəaliyyət göstərən Diyanət İşləri Türk-İslam Birliyindən (DİTİB) izahat tələb edib: ““Taliban” nümayəndəsinin Kölndə görünməsi tamamilə qəbuledilməzdir və qətiyyətlə pislənməlidir. Heç kim radikallara Almaniyada platforma təklif etməməlidir”.
O, şəhərin Kolvayler (Chorweiler) rayonundakı məscidi idarə edən DİTİB-dən binadan bu şəkildə istifadə edilməsinin necə mümkün olduğunu izah etməyə çağırıb.

DİTİB rəhbərliyi, “Taliban” rəsmisinin planlaşdırılan görüşü barədə əvvəlcədən məlumatının olmadığını deyib və hərəkatla hər hansı bir mənəvi yaxınlığı rədd edib: “Orijinal müqavilənin əksinə olaraq, bu, siyasi bir tədbirə çevrildi və bizə məlum olmayan bir məruzəçi dəvət edildi”.
Xarici İşlər Nazirliyi “Taliban” rəsmisinə Almaniyaya daxil olmaq üçün viza verilmədiyini bildirib: “Görünür o, qonşu ölkə tərəfindən verilmiş Şengen vizası ilə ölkəyə daxil ola bilib”.
Yerli media Abdul Bari Ömərin noyabrın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdiyi Hollandiyadan gəldiyini bildirib.
SƏMLA
AzPolitika.info


Şərhlər