Qətər Xarici İşlər Nazirliyi İsrail və Həmas arasında əldə olunan humanitar atəşkəslə bağlı “X” sosial şəbəkə hesabından yazılı açıqlama yayıb.
“AzPolitika.info” xəbər verir ki, açıqlamada Misir, ABŞ və Qətərin atəşkəs üçün vasitəçilik səylərinin uğurlu olduğu qeyd edilib. Qətər rəhbərliyinin 24 saat ərzində İsrail və HƏMAS arasındakı qarşıdurmalarda humanitar fasilənin nə vaxt başlayacağını açıqlayacağı bildirilib. Məlumatda qeyd olunub ki, humanitar fasilə 4 gün olacaq. Razılaşmaya əsasən, yanacaq da daxil olmaqla humanitar yardım maşınlarının Qəzzaya daxil olmasına icazə veriləcək.
Bəyanatda Qətərin gərginliyin azaldılması, qan tökülməsinin dayandırılması və mülki vətəndaşların müdafiəsi üçün diplomatik səylərini davam etdirəcəyi vurğulanıb.
“AzPolitika.info”


Şərhlər