Menu

Ukrayna ordusu bu istiqamətdə irəliləyib

22.11.2023, 12:07
Ukrayna ordusu bu istiqamətdə irəliləyib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin sol sahilində irəliləyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırma İnstitutu məlumat yayıb.

İnstitutun icmalında qeyd olunur ki, ruslar Zaporojye vilayətinin qərbində hücum əməliyyatları həyata keçirib, lakin heç bir uğur əldə etməyiblər.

Analitiklər Rusiya hərbi mənbələrinə istinadla qeyd ediblər ki, həm Rusiya, həm də Ukrayna qüvvələri bütün cəbhə boyu pis hava şəraitində pilotsuz təyyarələrə, o cümlədən artilleriya atəşinə birbaşa nəzarət etməkdə çətinlik çəkirlər. Palçığın maşınların hərəkətini çətinləşdirdiyi bildirilir. Lakin Ukrayna və Rusiya qüvvələrinin bütün istiqamətlərdə əməliyyatları davam etdirdiyi vurğulanır.

Analitiklər qeyd ediblər ki, yağışlı hava çətin ki, Ukrayna və ya Rusiya hücumlarını dayandırsın. Onlar hesab edirlər ki, şaxtanın başlaması ilə birlikdə daha aktiv döyüş əməliyyatları yenidən başlaya bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol