Menu

KTMT liderləri bəyannamə və bir sıra sənədlər imzalayıblar

23.11.2023, 17:22
KTMT liderləri bəyannamə və bir sıra sənədlər imzalayıblar

Minskdə keçirilən sammitdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri təşkilatın işinin təkmilləşdirilməsi ilə bağlı sənədlər və birgə bəyannamə imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sammit iştirakçıları digər məsələlərlə yanaşı, Şuranın “KTMT böhrana cavab sisteminin inkişafı tədbirləri haqqında”, “KTMT-nin Birgə Mətbuat Mərkəzi haqqında Əsasnamə” haqqında və s. qərarları imzalayıblar.

Xatırladaq ki, noyabrın 23-də Minskdə keçirilən KTMT-nin zirvə toplantısına Ermənistanın baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, müdafiə naziri Suren Papikyan qatılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol