Ukraynanın bir hissəsi işğal altında olan Zaporojye vilayətində Rusiyanın “Rossiya 24” kanalının “hərbi müxbiri” məhv edilib.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, işğal altında olan bölgədə növbəti təbliğat çəkilişi aparan Boris Maksudov Ukrayna dronundan atılan mərminin qəlpələrindən yaralanıb. Onu əvvəlcə Tokmakdakı hərbi hospitala çatdırıblar. Oradan Krıma aparılarkən yolda keçinən Maksudovun həyatını onu müşayiət edən həkimlər xilas edə bilməyiblər. Ukrayna tərəfi bildirir ki, Maksudovun əynində onun jurnalist olduğunu əks etdirən gödəkçə olmayıb və o, Rusiya ordusuna məxsus hərbi geyimdə olub.
Qeyd edək ki, 2005-ci ildən başlayaraq müxtəlif Rusiya KİV-lərində işləyən Maksudov milliyyətcə özbək idi.
“AzPolitika.info”


Şərhlər