Menu

Qəzzada tutduğu mövqe Baydenin işini çətinə salıb – Gənclər arasında dəstəyi azalır

24.11.2023, 11:25
Qəzzada tutduğu mövqe Baydenin işini çətinə salıb – Gənclər arasında dəstəyi azalır

ABŞ Prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs tərəfdarı olmamaması səbəbindən ABŞ-da gənc seçicilər arasında onun populyarlığı azalıb.

“AzPolitika.info” xəbər verir ki, bu qiymətləndirmə “The Washington Post”da dərc olunan məqalədə qeyd olunur

Nəşr qeyd edir ki, Yaxın Şərqdə ölənlərin sayının artması fonunda bəzi gənc seçicilər Prezident Baydenin hadisələri idarə etməsindən məyus olur və üçüncü tərəfin namizədinə - yəni Demokrat və ya Respublikaçıya deyil, səs verməyi düşünürlər.

Qəzetin müxbirləri tələbələrlə söhbətdən belə nəticəyə gəliblər ki, Baydenin müharibə ilə bağlı mövqeyi 2024-cü il seçkiləri ərəfəsində gənc seçicilər arasında onun dəstəyini azaldıb. Məsələ ondadır ki, Bayden Qəzza zolağında tam atəşkəs rejimini birmənalı şəkildə dəstəkləməyib.

Nəşr vurğulayır ki, Baydenin yaşı ilə bağlı narahatlıqlar fonunda bəzi liberal tələbələr üçüncü tərəf namizədlərinə açıq olduqlarını bildiriblər. Onlar həm də Bayden Tramp arasında mübarizənin təkrarlanmasından narazıdırlar.

Nəşr qeyd edir ki, gənclər arasında dəstəyin azalması Baydenin yenidən prezident seçilmək cəhdini çətinləşdirəcək.

“Azpolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol