Menu

Beş dövlətin imzaladığı Saziş parlamentə təqdim olunub

27.11.2014, 19:47

Milli-meclis-1Beş dövlətin imzaladığı “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilməsi üçün parlamentə təqdim olunub.

SalamNews xəbər verir ki, Saziş Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclasında müzakirə edilib.

“Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş bu il sentyabrın 29-da Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın iştirakı ilə Həştərxanda imzalanıb. Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, 22 maddədən ibarət sənəddə əməkdaşlığın formaları, prinsipləri, fövqəladə hallar zamanı əlaqələndirmə və qarşılıqlı fəaliyyət, tranzit, hava, su nəqliyyatı vasitəsindən istifadə, avadanlıq və təminat materiallarının idxalı, ixracı və tranziti, məlumatın mühafizəsi və digər məsələlər əksini tapıb. İclasda müzakirəyə çıxarılan digər bir sənəd isə bu il oktyabrın 16-da Düşənbədə imzalanan “Azərbaycan və Tacikistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş idi.

Millət vəkilləri hər iki sənədin dövlətimizin milli maraqlarına uyğun olduğunu vurğulayaraq qanun layihələrini Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol