Menu

HƏMAS razılaşmasının həyata keçirilməsi yalnız başlanğıcdır - Bayden

25.11.2023, 01:10
HƏMAS razılaşmasının həyata keçirilməsi yalnız başlanğıcdır - Bayden

İsrailin HƏMAS ilə girovların azad edilməsi və müvəqqəti atəşkəslə bağlı razılaşmalarının həyata keçirilməsi prosesin yalnız başlanğıcıdır, hələlik hər şey yaxşı gedir.

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden ailəsi ilə birlikdə istirahət etdiyi Massaçusets ştatı sahillərindəki Nantuket adasında jurnalistlərlə söhbətində deyib.

“Bu səhər komandam və mən işə başladıq, bu müqavilənin həyata keçirilməsinin ilk çətin günləri başladı. Bu, hələ başlanğıcdır, lakin hələlik hər şey yaxşı gedir”, – Amerika lideri Yaxın Şərqdəki vəziyyətlə bağlı danışarkən deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol