"Kreml Rusiyadakı bütün videomüşahidə sistemlərinə nəzarəti ələ keçirməyə çalışır. Bu, ehtimal ki, daxili repressiyaları artıracaq. Bütün kameralardan alınan məlumatlar xüsusi platformada saxlanılacaq və emal olunacaq".
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Aaraşdırma İnstutunun (ISW) dərc etdiyi hesabatda bildirilir.
Məlumata görə, bu platforma Rusiyaya təxminən 134 milyon dollara başa gələcək.
Qeyd olunur ki, hazırda Rusiyada 1,2 milyona yaxın videomüşahidə kamerası var ki, onların da təxminən yarısı Rusiya hökumətinin ixtiyarındadır. 2030-cu ilə qədər Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi bu rəqəmi 5 milyon həddinə çatdırmaq istəyir.
"AzPolitika.info"


Şərhlər