Bir qrup alpinist İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu altında qalıb, bəziləri həlak olub.
“AzPolitika.info” “Mehr” agentliyinə istinadla xəbər verir ki, faciə cümə axşamı baş verib.
Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb. Üç nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdirilib.
“AzPolitika.info”


Şərhlər