Menu

Dövlət Əmək Müfəttişliyi 75 minlik 4 avtomobil alır - Tenderin qalibi məlum olub

25.11.2023, 15:20
Dövlət Əmək Müfəttişliyi 75 minlik 4 avtomobil alır - Tenderin qalibi məlum olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xidməti "Minik avtomobillərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.

“AzPolitika.info” Marja.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Toyota Abşeron Mərkəzi" MMC-dir. Dövlət Xidməti qalib şirkət ilə məbləği 296 min 350 manat olan müqavilə imzalayıb. Müqavilə 4 ədəd sedan avtomobilin (215 at gücündə 2,5 litr mühərriklə təchiz olunmuş, dəri oturacaqlı v s.) satın alınmasını nəzərdə tutur. Bir avtomobil orta hesabla 74 min 87,5 manata alınıb.

Müqayiə üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi oktyabr ayında xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslər üçün hər biri 14 min manatdan 192 ədəd avtomobil almışdı. Bunun üçün yerli istehsalçı olan "Azərmaş Alyans" MMC şirkətinə 2 milyon 688 min manat ödənilmişdir. Ötən il əlillər üçün avtomobillər orta hesabla 12,5 min manata alınmışdı.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli istehsalın artırılması üçün dövlət məmurlarına yerli istehsal olan avtomobilləri almalarını tövsiyə edib.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-11-25 21:26:13

Min bir bəhanə gətirilərək əhaliyə verilməsi qıyılmadığından yığılıb qalaqlanmış sosial yardım milyardlarının bir qırağından təbii ki bahalı maşınlar da alacaqlar, villalar da tikəcəklər,şappaşap da ceyran-cüyür-qaşqaldaq qovurması yeyəcəklər,toppuşlaşmış sifətlərindən də yağ damacaq.Bu nazirlikdən kütləvi narazılığı nəzərə alsaq 75 minlik maşında yox, lülkalı motosikletdə müvinlərin,,cərgələrarası üçtəkərli traktorda da nazirin gəzməyi ədalətli olar.

Pensiyaçı 2023-11-25 18:45:42

MƏNASIZ MÜFƏTTİŞLİYƏ BU İSRAFÇILIĞIN SƏBƏBİ NƏDİR?Onlara 14 minlik zərbaycan isyehsalı olan avtomobillər yaramır? Pensiya,müavinətlərlə insanlar əziyyət çəkir,bu mənasız quruma isə lüks avtomobillər alınır.Niyə?

Vətəndaş 2023-11-25 18:41:39

Bunlara 10-15 minlik avtomobil yaramlr?Niyə Hakimiyyət büdcənin belə düşməncə xərclənməsinə göz yumur?onların millətə,xalqa nə yardmı dəir ki, belə israfçılığa tol verirlər?

Vətəndaş 2023-11-25 16:42:01

Bunlara 10-15 minlik avtomobil yaramlr?Niyə Hakimiyyət büdcənin belə düşməncə xərclənməsinə göz yumur?onların millətə,xalqa nə yardmı dəir ki, belə israfçılığa tol verirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol