Menu

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb

25.11.2023, 20:43
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri şagirdi döyüb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda Xaçmaz RPŞ-nın təhqiqat bölməsində müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Şərhlər

Adil 2023-11-26 13:15:19

Qoçudu bu !!!!!

dadaşyev 2023-11-26 11:01:51

Məmurlar iki halda qəzəbli olurlar bizlərdə,qabaqlarına kim çıxsa aslana dönürlər,hamını didmək-parçalamaq istəyirlər. Birincisi,qazanmaq bir tərəfə,mayasını çıxarmağa macal tapmamış yerinə başqasının təyin olunacağını biləndə.İkincisi,kabab iyinə gəldiyi halda eşşək dağlandığını görəndə.Vəssalam.Qalan bütün hallardakı qəzəb qanında olan patronajlıq həvəsindəndi,bu da ən çox əvvəllər çoban olanlarda olur.Çar vaxtında məsul vəzifələrə ona görə dvoryan nəzlindən,zadəgan nəslindən,knyaz nəslindən olanları təyin edirdilər ki,kresloda oturanda gədəliyini bildirməsin.Yox əgər görsəniz ki,dünənə qədər aslan kimi qəzəbli görünən kreslomur-məmur əzilib büzülüb ipək yumağına dönüb,bilin ki onu o kresloya pərçimləyən daydayını ya işdən atıblar,ya da daydayın əcəli çatıb ölüb.Daydayın yerinə gələsi adam da başqasına daydaydı axı.Nağarsın,işdə qalmaq üçün təzədən yeni daydaya da maya buraxsın?Buraxmasa işdən atılacaq,başqa yerdə tapacağı işə də o mayanı verməli olmayacaqmı?Elə hazır işi var da,bir də niyə başqa yerdə iş axtarsın?Hələ bir yeni dayday gəlsin görək necə adamdı,bəlkə heç alan deyil.Bay! Adə necə yəni alan deyil?Vəzifəyə təyin olunubsa,demək haralarasa verib dəə.Ən azı verdiyini çıxarmaq üçün almalıdır daa.Hətta ucqar rayonlarda da küçələri süpürmək işinə girmək üçün də pul vermək lazımdır,ortalama iki-üç ayın maaşı qədər.İnanmayanlar süpürgəçilərdən öyrənə bilər.Niyə?Aaaa,a balam,o süpürgəçiləri kommunal idarəyə işə alanlar da o idarəyə müdir gəlmək üçün haralarasa veriblər dəə.Çıxarmasınlar mayalarım?Daydayını itirən kreslomur-məmurları bax bu fikirlər o qədər yorur ki,əvvəlki günlərdəki kimi qəzəblənməyə halları da qalmır,ona görə ipək yumağına dönürlər o aralarda.

Hadı 2023-11-26 00:08:44

Zərdabın təhsil şöbəsinin müdiri Gül ağa öz şəxsi keyfiyyətləri ilə butun Zərdab təhsilinə örnəkdir. Onun rəhbərliyi ilə təhsil alan gənclərimiz Gül-çiçək ağadan ibrət götürəsi olsalar şagirdlərin 90 faizi alkaş olacaq. Ya da ki, ən yaxşı halda ləyaqətsiz, xəbərçi və ya arxiv yaltaq. Daha deyiləsi çox söz var amma hələlik bu bəs edər.

Adil 2023-11-26 00:01:19

Əvvəllər ikili tabeçilik vardı. Bunun mənfi xüsusiyyətləri vardısa müsibəti ondan daha çox idi. Region məsələsi tək təhsildə deyil bütün digər sahələrdə də bespridelı çiçəkləndirdi. Rayonlarda həmin nazirliyin müvafiq idarələrinə konkret tapşırıq var ki, heç kim sizə gözün üstə qaşın var deyən bilməz. Onlar da atların dörd bir yana çapır ki, bizim arxamızda filankəs durub. Əminəm ki, belə və ya bu tərzdə tapşırıq olmayıb. Belə dərk edilib.Bu bərbad bir durum yaradıb.

dadaşyev 2023-11-25 21:47:10

Dərhal bu adamı işdən qovmaq,ümumiyyətlə,təhsil aləmindən uzaqlaşdırmaq lazımdır ki,başqalarına da dərs olsun.Töhmətlə-filanla olmaz belə adama cəza.Qoy gedib qaydasız döyüşlərlə məşğul olsun.Qalib gəlsə Azərbaycan bayrağını qaldırsın,məğlub olsa bilsin ki,döyülmək necə olur.Nədəəə bu?Belə bərkgedənsən ki,tutub xalqın uşağını döyürsən?Bərk gedənlər görməmisən,çıxsa qarşına,sən nə edərsən ona?Daydayın açınca gözün,batar çiçi kostyumun.Özünü pedaqoq kimi apar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol