ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.
"Report" xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.
Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gəzlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.
Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.
Qeyd edək ki, “Məzunların yubiley qalası” adı verilən tədbir sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi.


Şərhlər
Varlandırılmışların balalarıdı da ABŞ-da oxuyanlar.Kasıb balası burdan-bura Tiflisə gedib gələmmir çoxdandı.Qoy yığışaydılar,kimə nə təlimat veriləcəkdi,kim yığıncaqdan sonra hansı “amerikansayağı” işlərlə məşğul olacaqdı,cinayət başında yaxalardınız.Millət də görəydi ki neft-qaz milyardlarını çalıb çapanlardan hansıların balaları Azərbaycan əleyhinə işlərlə məşğul imiş.Agentlər gəlməyib deyəmi baş tutmayıb yığıncaq?Elə isə məlumat sızdırılıbmı ki,getmə a bala,tutarlar? Əsən yellər,əsən yellər,yığıncaqdan mənə xəbər?
tamamilə doğrudur, tədbir keçirilsəydi, əgər yazılanlar doğrudursa, orada kimlərin iştirak etdiyi və nə planlaşdırdığı bilinərdi. Yəqin ki, yalan məlumatdır.
Heyf kaş alınaydı,onda rabitənin kimlərin əlində olduğu açıq-aydın görünərdi.