Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.
Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.


Şərhlər
Onlara adam nahaqdan şərlənərək tutulub,səsiniz çıxmır,amma iki şagird toqquşarkən biri zədə alıb,az qalıb bütün ölkəni ayağa qaldırasınız!Bəsdirin ,siz jurnalist deyilsiniz,zurnaçısınız!
Bu hadisə cinayətdir. Hadisəni törədən şəxs vəya şəxslər, cinayət. Məsuliyyətinə cəlb olunmalıdır. Bu kimi halların bir daha, baş verməməsi üçün tədbir görülməlidir.
Hadisəni diqqətlə izlədikdə,hiss olunur ki,olayı törədən məktəb direktorudur.
Tamamən bir təsadüf nəticəsində ola bilər.O yaşda uşaqlar məktəbdə qaçmağı,atılıb düşməyi çox sevirlər,bir dəcəl oğlan da qaçanda dirsəyi və ya başı bu yazıq qızcığazın gözünə dəyibsə o dəcəldə nə izlər olacaqdı ki?Müəllim də təbii ki qorxub,vaxtında məlumat verməməyi doğru olmayıbsa da halını anlamaq olar.Amma hansı müəllim o yaşda uşağın,özü də qız uşağının gozünə yumruq atar?Absurd,cəfəng,donqili ehtimaldı.Müəllimin ağlı başında deyilmi yəni maaşı dilənçi payı olsa da.