Menu

Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb – FOTO

27.11.2023, 11:07
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb – FOTO

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında I yeri əldə edib.

Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib. BANM-in tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.

Şərhlər

Eli 2023-11-27 11:14:13

Allah milletimizin fexri olsn bele övladlarımızı qorusun İnşeallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol