Menu

Baş katib Ermənistanın KTMT-nin sessiyasında iştirak etməməsinə münasibət bildirib

27.11.2023, 11:34
Baş katib Ermənistanın KTMT-nin sessiyasında iştirak etməməsinə münasibət bildirib

KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın qurumun Belarusun paytaxtı Minskdə keçirilmiş sessiyasında iştirak etməməsinə münasibət bildirib.

“Report” TASS-a istinadən məlumat verir ki, o, bundan qəti nəticə çıxarmağın mənasız olduğunu bildirib: “Ermənistan bizim müttəfiqimiz olub və qalır”.

Qeyd edək ki, iclas noyabrın 23-də baş tutub.

Xatırladaq ki, son zamanlar rəsmi İrəvanın təşkilatdan çıxacağı barədə iddialar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol