Menu

“Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır” – Baş katib

27.11.2023, 13:10
“Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır” – Baş katib

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalı. İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur”.

“AzPolitika.info” bunu yerli mətbuata açıqlamasında KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib: “Məncə, bu vəziyyətdən - erməni nümayəndə heyətinin olmamasından qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir”.

“Katibliyin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır”, - deyə Baş katib davam edib.

“İstənilən halda, bu, müstəqil və suveren dövlətin qərarıdır ki, heç bir dövlət və ya təşkilat ona təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır, - o vurğulayıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol