İsraillə HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində azadlığa buraxılan fələstinli məhbuslar həbsxanada yaşadıqları hadisələri danışıblar.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Sky News” kalnalına müsahibə verən fələstinli girovlar İsrail həbsxanalarında onlara yaxşı davranılmadığını, müxtəlif fiziki və psixoloji zorakılıqlarla üzləşdiklərini bildiriblər.

Bir il əvvəl avtobusa daş atmaqda ittiham edilərək saxlanılan 17 yaşlı Əbu Qannam bunları deyib:“Fələstinli məhbusların vəziyyəti 7 oktyabrda başlayan HƏMAS-İsrail qarşıdurmasından sonra daha da pisləşdi. Həbsxana alçaldıcı idi. Bizi döyürdülər və it kimi davranırdılar”.

Digər fələstinli məhbus Shorouk Dwayatt 2015-ci ildə Qüdsdə bir israillini bıçaqlamaqda təqsirli bilinərək 16 il müddətinə həbs edilib. O, cəzasının yarısını çəkdikdən sonra sərbst buraxılıb.
Dwayatt 7 oktyabrdan sonra həbsxanada şəraitin pisləşdiyini, kişi mühafizəçilərin qadın məhbuslara işgəncə verdiyini bildirib.

2015-ci ildə həbs edilən İsraa Jaabis adlı fələstinli də həbsxanadakı qadın məhbusların vəziyyətinin yaxşı olmadığını deyib.
“Qadın məhbusların vəziyyəti həqiqətən də pisdir. Həbsxana mühafizəçiləri qadınlara pis rəftar edir, onlara işgəncə verirlər”,-deyə o bildirib.
Qeyd edək ki, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinlinin olduğu güman edilir.
“AzPolitika.info”


Şərhlər